XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2015 - 14:44

Prezident Naxçıvana 7 milyon manat ayırdı – SƏRƏNCAM

ilham inter.jpg

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur:

Zəngin mədəniyyəti, qədim tarixi, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol oynayır.

Son illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər görülmüş, müasir avadanlıqlarla təchiz olunmuş yeni təhsil və səhiyyə müəssisələri, idman və turizm obyektləri, mədəniyyət və incəsənət ocaqları inşa olunmuş, bir çox tarixi abidələr bərpa edilmiş, iri sənaye kompleksləri, emal və istehsal sahələri, elektrik stansiyaları istismara verilmiş, Naxçıvan Beynəlxalq Hava Limanının “Şərq Terminalı”, Naxçıvan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulmuş, avtomobil yolları çəkilmiş, küçə və meydanlar, istirahət parkları salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi iləqərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 7,0 (yeddi) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.