XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 15:55

Azərbaycanlılar Münhendəetiraz aksiyası keçirib

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz olaraq, Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Aksiyadan öncə azərbaycanlı və türk icmasının nümayəndələri Münhenin mərkəzi məscidində afqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin çağırışına uyğun olaraq cümə namazı zamanı 4 iyul erməni təxribatı qurbanlarının – qətlə yetirilmiş dinc Füzuli sakinlərinin xatirələrini yad edib, onların şəninə Quran oxuyub, ruhları üçün dualar ediblər.

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzi və Bavariya Türk Dərnəkləri Federasiyası birgə təşkilatçılığı ilə şəhərin mərkəzində keçirilmiş etiraz aksiyasında Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması və dinc əhalinin erməni gülləsindən həyatını itirməsi barədə hadisə dünya birliyinin diqqətinə çatdırılıb. Aksiyada çıxış edən münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Səttar Kərimov və Bavariya Türk Dərnəkləri Federasiyasının sədri Mahir Zeytinoğlu dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıblar. Qeyd edək ki, aksiya Almaniyada nəşr olunan türkdilli qəzetlər tərəfindən də geniş işıqlandırılıb.

Aksiyanın sonunda Münhen şəhərinin azərbaycanlı və türk icması adında beynəlxalq təşkilatlara ünvanlanmış müraciət qəbul olunub. Müraciətdə dünya birliyindən Ermənistanın işğalçılıq siyasətinə son qiyulması üçün qəti tədbirlər görülməsi tələb edlib, beynəlxalq ictimaiyyətin baş verənlərə laqeyd qalmasının Ermənistanın daha ağır cinayətlər törətməsinə səbəb olacağından narahatlıq ifadə olunub.