Beynəlxalq Türk Akademiyasının (TWESCO) prezidenti Darxan Kıdırali Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi təxribatla əlaqədar bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir. Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə səssiz qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik"(azərtac).