XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 16:17

Ermənilərdən daha bir vəhşilik –Cəbhə zonasında biçilməmiş taxıl zəmisinə od vurdular

Ermənistan silahlı qüvvələrinin bölmələri yandırıcı güllələrdən istifadə edərək cəbhə bölgəsində biçilməmiş taxıl zəmisinə od vurublar.

"Report" xəbər verir ki, düşmən ordusu hərbçilərinin atəş açması nəticəsində Xocavənd rayonunda 45 hektar taxıl sahəsi yanaraq kül olub. 
Yerli sakinlərin verdiyi məlumata görə, hadisə rayonun Ağburun adlanan ərazisində baş verib. Biçilməmiş sahədə yanğın qısa zamanda genişlənərək 100 tona yaxın buğdanı məhv edib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirlyinin bir neçə rayonunun yanğınsöndürənləri cəlb edilib. Alovun qarşısı alınaraq digər zəmilərə keçməsinin qarşısı alınıb.