XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 17:27

Deputat Ruhulla Həzrətpur:"Beynəlxalq məhkəmə Alxanlı faciəsini araşdırmalıdır"

Qərb ölkələrində bir uşaq hansısa partlayışda həlak olanda, hamı onun üçün şam yandırır və bütün Avropa qaraya bürünür.

Lakin bir müsəlman uşağı işğalçı Ermənistan ordusu tərəfindən öldürülür, kimsə buna reaksiya vermir.

Bu sözləri Azərtac-a müsahibəsində Urmiyanın İran İslam Şurası Məclisindəki (parlamentində) təmsilçisi, deputat Ruhulla Həzrətpur deyib. O bildirib ki, Ermənistan ordusu tərəfindən 2 yaşlı Zəhra Quliyevanın öldürülməsi beynəlxalq cinayətdir və buna dünya ictimaiyyəti göz yummamalıdır.

R.Həzrətpur deyib: “Alxanlı faciəsi insan hüquqlarında ikili standartın ağır nəticəsidir. Mənim fikrimcə, bu məsələ beynəlxalq insan haqları qurumları, xüsusi ilə də İslam ölkələri üçün bir sınaqdır. Beynəlxalq məhkəmələr bu məsələni araşdırıb hüquqi qiymət verməlidir”.