XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 19:54

İngiltərənin xarici işlər naziri Dohaya getdi –Qətər böhranı müzakirə edildi

İngiltərə Xarici işlər naziri Boris Conson Qətərə gedib.

Bu haqda Qətərin QNA xəbər agentliyi məlumat yayıb.

Səfər zamanı o, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Sani və Qətər Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Sani ilə görüşüb.

Görüş zamanı tərəflər Qətər böhranı haqda müzakirələr aparıblar. Boris Conson Küveytin böhran məsələsində Qətərə dəstək olduğunu xüsusi dəyərləndirib.

Görüşdə həmçinin beynəlxalq münasibətlər, terrorla mübarizə və s. haqda müzakirələr aparılıb/Axar.az.