Ərəb Birliyinin baş katibinin vəkili Əhməd bin Hilli 77 yaşında Kanadada vəfat edib.
Bu barədə Ərəb Birliyinin baş katibinin köməkçisi Hüsam Zəki açıqlamasında məlumat verib. O, Hillinin ölümü ilə əlaqədar olaraq başsağlığı verib:
"Müalicə aldığı Kanadada həyatını itirən Hillinin tanışlarına və dostlarına böyük bir üzüntüylə başsağlığı, özünə Allahdan rəhmət və bağışlanma, ailəsinə səbr və mətanət diləyirik".
Qeyd edək ki, 1940-cı ildə Əlcəzairin Tlemsan vilayətində dünyaya gələn Əhməd bin Hilli Ərəb Birliyinin baş katibliyinin sözçüsü, baş katibin yardımçısı, daha sonra isə vəkili vəzifəsində çalışıb/Axar.az.