XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 19:50

Prezident vətənə döndü –İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb.

Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verib.

Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb. Azərbaycan prezidentini Türkiyənin rəsmi şəxsləri yola salıblar.