XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 10:29

Türkiyənin tanınmış aktyoru vəfat etdi –Xəstəxanada

Türkiyənin tanınmış kino və teatr aktyoru Fikrət Hakan vəfat edib.

Məlumata görə, aktyor müalicə aldığı İstanbul Xəstəxanasında 83 yaşında dünyasını dəyişib.

Aktyor ağciyər xərçəng xəstəliyindən əziyyət çəkib.

F. Hakan 1934-cü ildə Balıkesir şəhərində anadan olub. Səhnə karyerası 1950-ci ildə “Üç göyərçin” tamaşası ilə başlayıb. İndiyədək 160-dan artıq film və serialda müxtəlif rollar yaradıb.

Aktyor həm də ssenarist və rejissor kimi fəaliyyət göstərirdi.

APA