XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 11:20

“Sağlam təhsil-sağlam millət” layihəsi üzrə məktəblərin sayı artırılıb –Nazir əmr verdi

Bakı və Sumqayıt şəhərləri üzrə “Sağlam Təhsil – Sağlam Millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin sayı artırılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı təhsil naziri Mikayıl Cabbarov 2017-2018-ci dərs ilində ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinin genişləndirilməsi barədə əmr verib.

Əmrdə qeyd edilir ki, Təhsil Nazirliyinin “Pilot layihənin həyata keçirilməsi barədə” 14 may 2014-cü il tarixli 591 nömrəli və 17 iyun 2014-cü il tarixli 723 nömrəli əmrlərinə əsasən, “Milli Təhsil Texnologiyaları Mərkəzi” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində “Sağlam Təhsil – Sağlam Millət” pilot layihəsinin tətbiqinə başlanıb. Hazırda layihə Bakı və Sumqayıtda 35 tam orta məktəbdə icra olunur.

2017-2018-ci dərs ilində Bakı və Sumqayıt şəhərləri üzrə “Sağlam Təhsil – Sağlam Millət” layihəsi tətbiq olunan və layihəyə yeni cəlb olunan ümumtəhsil məktəblərinin siyahısı təsdiq edilib:

"Əmrə əsasəbn, layihə hazırda 45 sinifdə icra edilir. Növbəti dərs ilindən isə layihəyə 7 sinif cəlb olunacaq. Nəticədə ümumilikdə 52 sinifdə “Sağlam təhsil-sağlam millət” layihəsi tətbiq ediləcək".