XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 13:33

Prezident İlham Əliyev: “İstəyirik sülh olsun, heç kim bir-birinin daxili işinə qarışmasın”

 

ilham davutoqlu.jpg

“çox şadam ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana edirsiniz. Bir daha seçkilərdə qələbə münasibəti ilə sizi Azərbaycan xalqı adından təbrik edirik”.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

 Dövlət başçısı deyib ki, bu səfər iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir:

“Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın.

Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır”.

Prezident İlham Əliyev bildirib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq.

Dövlət başçısı onu da deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur:

“Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik”.