İyulun 11-də Sakit okeanın Yeni Zelandiya sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Səhər saatlarında baş verən zəlzələnin episentri Oklend adasından 214 kilometr şimal-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb/Azərtac.