"Türkiyə xalqı hərbi çevriliş cəhdinin qarşısını alaraq, hökumətlə öz birliyini təsdiq etdi".
Bunu jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.
Onun sözlərinə görə, hərbi çevriliş cəhdi türk xalqı üçün bir sınaq idi: “Türkiyə xalqı demokratik quruluşu öz qanı bahasına müdafiə etdi”.
Nazir qeyd edib ki, hərbi çevriliş cəhdinin əsas məqsədi ölkənin zəiflədilməsi idi/Trend.