XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 15:31

Qadağan edilən silahların ölkəyə gətirilməsinin qarşısı alındı –Gömrükdə əməliyyat

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mülki dövriyyəsi qadağan edilən soyuq silahların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Moskva-Gəncə, Tbilisi-Bakı və Nyu-York-Bakı aviareyslərilə gələn Azərbaycan vətəndaşları gömrük nəzarətindən keçərkən onların baqajları rentgen aparatı vasitəsilə yoxlanılıb və monitorda "beşbarmaq" və dəyənəyə oxşar əşyaların təsvirləri görünüb.

Təkrar yoxlama zamanı həmin vətəndaşlardan ikisinin çantasında və çamadanında 1 ədəd olmaqla, 2 ədəd "beşbarmaq", digər vətəndaşın çamadanında isə 1 ədəd dəyənək aşkar olunub.

Hər üç faktla bağlı araşdırma aparılır.