XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2017 - 15:48

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində yanğın –Nazirlikdən açıqlama + FOTO

Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın hadisəsi baş verib.

Strateq.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazilrliyi xəbər yayıb.

Bildirilib ki, əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib:

"Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub.  Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi  və operativ tədbirlər davam etdirilir".