XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2015 - 16:33

Bir sıra qanunlara dəyişikliklər olacaq – Milli Məclisin sabahkı gündəliyi

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 7 məsələ təklif edilib. Məlumata görə, “Dini ekstremizmə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunacaq.