XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2017 - 16:32

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri görüşəcək –Tarix açıqlandı

Bakıda gələn həftə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin – Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin üçtərəfli görüşü keçiriləcək. 

Bu barədə "Report" diplomatik mənbələrə istinadən xəbər verir.

Görüş iyulun 18-19-na planlaşdırılır.

"Hələlik nazirlərin görüşünün proqramı hazırlanır. Müəyyən dəyişikliklər də mümkündür", – diplomatik mənbə bildirib.

Üç ölkənin XİN başçısı Bakıda regional və üçtərəfli əməkdaşlıq məsələlərini, eləcə də üç ölkə tərəfindən həyata keçirilən layihələri müzakirə etmək niyyətindədir.