Müdafiə naziri Zakir Həsənov ABŞ-da hərbi təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması ilə bağlı ABŞ müdafiə nazirinə Ceyms Mattisə başsağlığı verib.
Strateq.az Müdafiə Nazirliyinə istinadən nazirin başsağlığı məktubunu təqdim edir:
"Missisipi ştatının Leflor əyalətində Dəniz Piyadaları Korpusuna məxsus KC-130 təyyarəsinin qəzası nəticəsində çoxlu sayda hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən sarsıtdı. Biz bu faciəli hadisədən çox kədərlənirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".