XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 July 2017 - 22:33

Amerikalı general:"Bağdadinin ölü və ya diri olmasını deyə bilmərik"

"İslam dövləti" terror qruplaşması ilə mübarizə üzrə beynəlxalq koalisiya İŞİD-in başçısı Əbu Bəkr əl-Bağdadinin ölümünü təsdiq və ya təkzib edə bilmir.

Bunu əməliyyata başçılıq edən amerikalı general Stiven Tausend deyib.

Tausend jurnalistlərə bildirib: "Əl-Bağdadinin ölü və ya diri olması haqda məlumatı təsdiq və ya təkzib edə bilmirəm".

Qeyd edək ki, bir müddət əvvəl İraqın "Sumariya news" xəbər portalı İŞİD sıralarında olan mənbəyə istinadən əl-Bağdadinin öldüyü haqda məlumat verib/Trend.