XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 23:56

“ABŞ-la Ukraynanın hərbi təlimlərini yaxından izləyirik” –Rusiya Müdafiə Nazirliyi

Rusiyanın Hərbi Kosmik Hava Qüvvələrinə aid peyklər və Qara dəniz donanmasına məxsus döyüş gəmiləri ABŞ-la Ukraynanın bu dənizdə keçirilən “See Breeze – 2017” hərbi təlimlərini yaxından izləyir.

Bu sözləri Rusiya Müdafiə Nazirliyinin adı açıqlanamayan nümayəndəsi bildirilib.

“Təlimlərin keçirildiyi ərazinin yaxınlığında Priazovye gözətçi gəmisi yerləşir. Gəmi manevr qaydalarına əməl edir və icazə verilən məsafəni qoruyur. Gəmidəki texnologiylar vasitəsilə iştirakçıların hərəkətini izləmək mümkündür”, – deyə bildirilib.

Qeyd edək ki, sözügedən təlimlərdə ABŞ-la Ukraynadan əlavə, Gürcüstan, İtaliya, Kanada, Rumıniya, Türkiyə, Fransa, İsveç, Polşa, Yunanıstan, İngiltərə, Bolqarıstan və Litva da iştirak edir/Axar.az.