XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2017 - 11:01

Azərbaycan UEFA-nın reytinq cədvəlindəiki pillə irəliləyib

Futbol üzrə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyun günündən sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb.

Azərtac xəbər verir ki, Çempionlar Liqasındakı 4 matç cədvəldə bəzi dəyişikliklərə səbəb olub. “Qarabağ”ın Gürcüstanın “Samtredia” klubu ilə ilk görüşdəki 5:0 hesablı qələbəsi Azərbaycanın irəliləməsi ilə nəticələnib. Qələbə sayəsində Azərbaycanın xal hesabı zənginləşib. Əldə olunan 0,250 xal sayəsində mövsümlük qazancımız 1,250-yə çatıb.

Son 5 ilin nəticələrinə əsasən hesablanan əmsalımız isə 16,000-a qədər yüksəlib. Bu da iki ölkə – Bolqarıstan və Belarusa çatmaq imkanı verib. Hər üç ölkənin xalı eyni olduğundan əlavə göstəricilər nəzərə alınıb. Hər iki ölkəni qabaqlayan Azərbaycan 21-ci yerədək irəliləyib.