XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 07:47

Fransa parlamenti “Erməni soyqırımı” iddiasına görə cəzaları təsdiqləmədi

Fransa parlamentinə təqdim edilən “Erməni soyqırımı”nı inkarına görə həbs və pul cəzası nəzərdə tutulan qanun təsdiqlənməyib.

Xatırladaq ki, Respublikaçılar Partiyasının Marseldən seçilən millət vəkili Valerie Boyerin uydurma “erməni soyqırımı” ilə bağlı hazırladığı və bir il əvvəl parlamentdə təqdim etdiyi qanunda soyqırımı inkar edənlərə 5 il həbs və 45 min avro pul cəzası nəzərdə tutulurdu.

Dekabrın 3-də Fransa parlamentində təsdiqlənməyən qanun layihəsi bir alt komissiyaya göndərilib.  

Valerie Boyer Fransa Konstitusiya Şurası və Avropa İnsan Haqları Məhkəməsi mərhələlərindən keçməyin də mümkün olduğunu anlayıb. Tarixi bir hadisənin soyqırım olaraq xarakterizə edilə bilməsi ancaq beynəlxalq bir cəza məhkəməsinin qərarı ilə etibarlı ola bilir. Beynəlxalq aləmdə isə Türkiyə əleyhinə verilən bu istiqamətdə hüquqi etibarlılığı olan bir qərar olmayıb. (Modern.az)