XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 December 2015 - 08:16

Quba-Xınalıq yolu bağlandı – 9 kəndlə əlaqə kəsildi

Güclü yağan qar Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.

“Trend” RTV-yə (Region TV) istinadən xəbər verir ki, həmin istiqamətdə 9 kəndlə nəqliyyat əlaqəsi kəsilib.

Qubadakı 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, hazırda idarənin ağır texnikaları və canlı qüvvəsi yolun 36-cı kilometrliyində işləyir.

Yolda qarın hündürlüyü 50-60 santimetrə çatır. Quba-Xınalıq yolunun bəzi hissələrində qar uçqunu olma ehtimalı var.

Quba-Xınalıq yolunun günün sonuna kimi avtomobillərin hərəkəti üçün açılması nəzərdə tutulur.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, Quba rayonu ərazisində ən çox qar Xınalığa yağıb. Burada qarın hündürlüyü 59 santimetrə çatır. Dağətəyi ərazilərdə isə qarın hündürlüyü 15-16 santimetrdir. Qar yağmaqda davam edir.

Qarın yağması ilə əlaqədar temperatur dağlıq ərazilərdə mənfi 10 dərəcə təşkil edir.