XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 09:56

Bakıda güclü külək, bölgələrdə yağış, qar olacaq – Sabahın hava proqnozu

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraiti yağıntılı olacaq.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, dekabrın 5-də Bakıda və Abşeron yarımadasının bəzi yerlərində hava şəraitinin yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək.

Havanın temperaturu Bakı və Abşeron yarımadasında gecə 1-3, gündüz 6-9 dərəcə isti olacaq.

Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

Tibbi meteoroloji proqnoza əsasən, dekabrın 5-i gündüzdən 7-nə qədər Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.