Ağ Ev Trampın impiçmenti ilə bağlı təşəbbüsü gülünc adlandırıb.
Bu barədə Ağ Evin mətbuat xidməti rəhbərinin müavini Sara Sanders bildirib.
“Düşünürəm ki, bu tamamilə gülünc təklif siyasi oyunbazlığın uğursuz təzahürüdür”, – deyə S.Sanders vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresinin iki demokrat üzvü Bred Şerman və El Qrin Rusiyanın seçkilərə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyinə görə prezident Trampın impiçmentinə çağırıblar/APA.