XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2017 - 11:17

Prezident Latviyaya rəsmi səfərə gedəcək –Bir neçə gün sonra

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gündən sonra Latviyaya rəsmi səfərə gedəcək.

Strateq.az "Report”-a istinadən xəbər verir ki, dövlət başçısını səfər zamanı 50-dən çox aparıcı müəssisənin nümayəndəsi müşayiət edəcək.

Səfər çərçivəsində paytaxt Riqa şəhərində Azərbaycan-Latviya biznes-forumu keçiriləcək. Tədbir Latviyanın İnvestisiya və İnkişaf Agentliyi tərəfindən iyulun 17-də təşkil olunacaq.

Səfər Latviya prezidenti Raymond Veyonisin dəvəti ilə həyata keçiriləcək.