XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 14:35

Baş həkim:"Ermənilərin yaraladığı qadının bədənində qəlpələr qalıb"

İyulun 4-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan Sərvinaz Quliyevanın sol aşağı ətrafında qəlpələr qalıb.

Bunu Trend-ə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.

Onun sözlərinə görə, Horadiz Şəhər Xəstəxanasında müalicə edilən xəstənin həmin nahiyəsində 3-4 xırda qəlpə var.

Hazırkı dövrdə həmin qəlpələrin çıxarılmasını doğru saymayan baş həkim qeyd edib ki, onların xaric edilməsi üçün böyük cərrahi kəsiyin aparılması lazımdır: “İndi buna ehtiyac yoxdur. Xəstə üzərində yerli müalicə aparılır. Lakin narahatlıq olarsa, əməliyyat aparıla bilər. Narahatlıq olmasa, xəstə həmin qəlpələrlə ömrünün sonuna kimi yaşaya bilər”.

N.Şükürov qeyd edib ki, xəstənin ağrılası olsa da, vəziyyəti yaxsi qiymətləndirilir.

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.