XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 15:55

Fransanın Ermənistandakı səfiri:"Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur"

Fransa Azərbaycan və Ermənistan arasında və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birbaşa dialoqun tərəfdarıdır.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də Brüsseldə keçirdikləri görüşünü şərh edərkən bildirib:

"Bu baxımdan nazirlərin görüşünün baş tutmasına görə, yalnız məmnunluğumuzu bildirə bilərik. Məsələnin hərbi yolla həlli yoxdur. Danışıqlar aparmaq, münətəzm görüşlər keçirmək lazımdır".

Onun sözlərinə görə, xarici işlər nazirlərinin görüşü müsbət irəliləyiş gətirib çıxara, ölkə prezidentlərinin görüşünün əsasını qoya bilər.