Prezident İlham Əliyev Nuri Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycanda rabitə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Nuri Ağa Mirzə oğlu Əhmədova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.