Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirilməsi nəzərdə tutulan növbədənkənar iclasına bir neçə gün qalmış 100 nəfər beynəlxalq idmançı Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyinə dəstək verib.
Fransanın ölkəmizdəki səfirliyindən Strateq.az saytına daxil olan məlumatda bildirilir ki, Parisin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyi beş qitəni təmsil edən yüzdən çox xarici idmançın;n dəstəyinə arxalana bilər.
Bir çox fransız idman çempionlarının da bu qrupa qoşulması sözügedən layihənin bütün dünyaya açıq olduğunu nümayiş etdirir.
Strateq.az