XƏBƏR LENTİ

01 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 20:01

Prezident daha bir qanunu təsdiq etdi –“Məşğulluq haqqında” qanuna dəyişiklik

Prezident İlham Əliyev bu gün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliyi təsdiqləyib.

Strateq.az dəyişikliyə əsasən, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 522, № 12, maddə 731; 2003, № 1, maddə 16; 2007, № 10, maddə 938; 2008, № 5, maddə 341, № 7, maddə 602; 2010, № 11, maddə 949; 2011, № 2, maddə 71, № 10, maddə 884; 2014, № 11, maddə 1344, № 12, maddə 1528) aşağıdakı məzmunda 21.4-cü maddə əlavə edilib:

“21.4. Bu Qanunun 21.1-ci maddəsi ilə müəyyən edilən təminatlar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir.”.