XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 23:32

“Zirə” Avropa Liqasına məğlubiyyətlə başladı –"Astra" qələbə qazandı

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycanın "Zirə" klubu səfərdə Ruminiyanın "Astra" komandası ilə qarşılaşıb.

Görüş 3:1 hesabı ilə ev sahiblərinin xeyrinə yekulaşıb.

Oyunun 31-ci dəqiqəsində Alexandru Ionitanın qolu ilə "Astra" irəli çıxıb. 31-ci dəqiqədə Rəşad Sadiqov hesabda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Ruminiya komandasının oyunçusu Alexandru Dandea 55-ci dəqiqədə hesabı 2:1, Entoni Le Tallek isə 74-cü dəqiqədə 3:1 edib və yekun hesabı müəyyənləşdirib.