XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 11:13

Jurnalistlərin yeni binasının açılışı olacaq- Bu tarixdə

Jurnalistlər üçün tikilmiş yeni binada evlərin verilməsi tam şəffaflıqla həyata keçirilib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) craçı direktoru Vüqar Səfərli deyib.

Onun sözlərinə görə, binada ev almaq üçün edilən müraciətlər müvafiq komissiya tərəfindən araşdırılıb: "Bilirsiniz ki, bu prosesdə şəffaflığı təmin etmək üçün komissiya yaradıldı. Komissiyanın sədri də mənəm. Mayın 22-dən iyunun 22-nə qədər sənədlər qəbul olundu. Buna qədər də bir çox sənədlər Prezident Administrasiyasında qəbul olunmuşdu. Ümumilikdə Fonda 850 sənəd daxil olmuşdu. Amma Prezident Administrasiyasına daxil olan sənədlərlə birlikdə 2000-dən artıq sənəd qəbul olunub. 1000-ə yaxın sənəd demək olar ki təkrarlanan sənəd idi. Eyni zamanda mətbuata aid olmayan insanların sənədləri var idi ki, onlar seleksiya olundu. Qalan min sənəd, hansı ki uyğun gəlir, onlara yenidən baxıldı və 255 nəfər müəyyənləşdirilib".

V.Səfərli bildirib ki, iyulun 21-də binanın açılışı olacaq və həmin gün evlərin sahibləri elan olunacaq: "Ötən dəfəkindən fərqli olaraq, bu dəfə veteran jurnalistlər də nəzərə alınıb. Əlavə olaraq, ailə başçısını itirmiş jurnalistlər var ki, onların ailələri müraciət edib, onlar da nəzərə alınıb. Yəni bu məsələlər tam şəffaf həyata keçirilib".

Binadan ev ala bilməyənlərin şikayəti məsələsinə münasibət bildirən KİVDF rəhbəri qeyd edib ki, müraciətlər həddindən çox olduğundan prosesdə bəzi kriteriyalara üstünlük verilib: "Hamı hesab edir ki, ev almalıdır. Evin sayı 255-dir, amma müraciət edənlərin sayı 2000-dən artıqdır. Ona görə də bu prosesdə tam şəffaf olaraq jurnalistlərin xidmətləri, iş təcrübəsi nəzərə alınıb. Biz kriteriyalarda qeyd eləmişdik ki, 3 il fasiləsiz iş təcrübəsi olmalıdir. Biz komissiyada baxdıq ki, bu məsələ çox narazılıq yaradır və onu yalnız redaksiyalara və televiziyalara şamil etdik. Qalan jurnalistlərə də şərait yaratdıq ki, onlar fərdi qaydada müraciət etsinlər".