XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 20:11

Nardaranda əməliyyat zamanı ölən sakinlər dəfn edildi

qebirstanlıq.jpg

Noyabrın 26-da Nardaran qəsəbəsində polisin keçirdiyi əməliyyat zamanı ölənlərin cənazələri bu gün ailələrinə təhvil verilib.

Bu barədə hadisə nəticəsində ölən Əkbər Babayevin atası Nazim Babayev məlumat verib.

Onun bildirdiyinə görə, bu gün günorta saatlarında onları Sabunçu Rayon Polis İdarəsinə dəvət ediblər və cənazələrin dəfninə icazə verilib:

“Polis idarəsindən bizə bildirdilər ki, cənazələri Göy Məsciddən götürə bilərik. Biz də məscidə getdik, 4 nəfər yaxınımızın cənazəsini gətirib axşamüstü Nardaran qəbiristanlığında dəfn etdik”.

Xatırladaq ki, hadisə nəticəsində Abbas Hüseyn, Sərvan Səfərov, Əkbər Babayev, Fərahim və Rəfael Bünyatov qardaşları ölüb.

APA