XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

14 İyul 2017 - 20:34

Nabrandakı istirahət mərkəzində faciə- 10 yaşlı uşaq hovuzda boğuldu

Nabrandakı istirahət mərkəzində faciə baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, bu dəqiqələrdə Nabrandakı "Atlant" istirahət mərkəzində  10 yaşlı uşaq hovuzda boğulub.

Bakıdan valideynləri ilə birlikdə istirahətə gedən Qədirov Xəyal Nihad oğlu hovuzda çimərkən boğulub. Hadisə valideynlərinin gözü qarşısında baş verib.

Hadisə yerinə Xudat Şəhər Xəstəxanasından təcili tibbi yardım maşını gəlsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparmaq üçün hadisə yerinə gediblər.