Ermənistanın Sünik vilayətində Rusiya Federal Təhlükəsizliyi Xidmətinin Sərhəd İdarəsinin hərbçisi mənzildə ölü tapılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ilkin olaraq ölümə infarkt səbəb olub.
Sərhəd zastavasının rəisi vəzifəsində xidmət çəkən hərbçinin meyitinin aşkarlanması ilə bağlı məlumat iyulun 13-də daxil olub. Hadisə yerinə operativ-istintaq qrupu göndərilib. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib.
İnsidentlə əlaqədar məhkəmə-tibbi ekspertizası təyin olunub.