XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 07:16

Sumqayıtda yanğın – Bir ailə xəstəxanalıq oldu

 

 

 

 

 

Gecə saatlarında Sumqayıtda – Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bir ailənin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Qəsəbədəki beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaşa məxsus 2 otaqlı mənzilin yanar konstruksiyaları və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 8 ədəd işıq, 4 ədəd su, 2 ədəd qaz sayğacı yanıb.

Yanğın zamanı bina sakinlərindən 3 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib, 25 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Qonşu mənzillər yanğından mühafizə olunub.

Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Anspress-ə verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir:

Hüseynağa Salman oğlu Şirəliyev   – 1958-ci il
Tünzalə Şirməmməd qızı Şirəliyeva – 1963-cü il
İradə Hüseynağa qızı Şirəliyeva        – 1985-ci il

Xəsarət alanlardan İrədə Şirəliyeva reanimasiya şöbəsində, onun anası Tünzalə Şirəliyeva isə terapiya şöbəsində müalicə edilir. Ailənin başçısı Hüseynağa Şirəliyev isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.