XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2017 - 12:41

Bakıda Fransanın milli bayramı qeyd olunub:“Azərbaycanla əlaqələrimiz XVIII əsrdən mövcuddur” – FOTO

Fransanın  Azərbaycandakı səfirliyi ölkənin milli bayramı olan Bastiliyanın alınmasının günü  münasibəti ilə rəsmi qəbul təşkil edib.

Səfir xanım Orelia Buşez çıxış edərək tədbirin həm də iki ölkə arasındakı əlaqələrin 25 illiyinə təsadüf etdiyini xatırladaraq, bu əlaqələrin daha da inkişaf etdiyini dilə gətirib. Prezidenti İlham Əliyevin Parisdə Fransa prezidenti ilə son görüşünə, toxunan xanım Buşez müzakirələrin əsas mövzunun terrorla mübarizə olduğunu deyib: “İlham Əliyevin Fransaya səfəri zamanı dövlət başçısı Emmanuel Makron Minsk Qrupunun həmsədri kimi münaqişənin həllində sadiqliyini nümayiş etdirib. Eyni zamanda bu görüş iqtisadi islahatların aparılması və s. məsələlər baxımından da əlverişli idi”. Diplomat ölkələrimiz arasında əlaqələrin XVIII əsrdən mövcud olduğunu, bu əlaqələrin tarix boyu möhkəm əsaslar üstündə inkişaf etdiyini və bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində önəmli roluna toxunan səfir deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyində, Bakı-Tbilisi-Qars dəmir yol xətti isə yükdaşımalarda Azərbaycana böyük əhəmiyyət qazandırır.  

Azərbaycan hökuməti adından bayram münasibəti ilə Fransa xalqını təbrik edən İqtisadiyyat nazirinin müavini Sahil Babayev ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərinin olduğunu, müxtəlif sahələrdə, xüsusilə iqtisadiyyat, siyasət, təhsil, mədəniyyət sahələrində əməkdaşlığın inkişaf etdiyini söyləyib. Onun sözlərinə görə, yüksək səviyyəli səfərlər, bağlanmış sazişlər iki ölkə arasındakı münasibətlərin inkişafında böyük rol oynayır. İndiyədək ölkələrimiz arasında 60 sənəd imzalandığını, ticari əlaqələrimizin inkişaf etdiyini, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin 646 milyon dollardan çox olduğunu xatırladan S.Babayev deyib ki, Azərbaycanda 55 Fransa şirkəti fəaliyyət göstərir ki, onlar da Azırbaycana 2 milyard dollardan artıq sərmayə qoyub.

Laçın

Strateq.az