XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2015 - 10:01

“Günəşli” yatağında 32 nəfər xilas edildi: “Röyter”in ölüm xəbəri təsdiqlənmir – YENİLƏNİR

 

gunesli neft.jpg

Hazırda “Günəşli” yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib.

Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub.

SOCAR prezidenti Rövnəq Abdullayev, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər. (APA)

Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.

***

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə xilasetmə işləri davam etdirilir.

Xilas edilənlərin sayı 15-ə çatıb. (APA)

SOCAR prezidenti Rövnəq Abdullayev, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər.

 

***

Artıq 19 nəfər təxliyyə olunub.

Yanğının söndürülməsi və işçilərin təxliyyə olunması prosesi davam etdirilir.

Dekabrın 4-də güclü tufanın saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarması nəticəsində baş vermiş yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şirkətin prezidenti Rövnəq Abdullayev səhər saatlarından hadisə yerində olub.

Baş vermiş hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində xüsusi qərargah yaradılıb.

Hazırda yanğının söndürülməsi, işçilərin hadisə yerindən təxliyə olunması istiqamətində işlər aparılır. Yanğın baş verən zaman özüldə olan işçilər arasında xəsarət alan yoxdur.

 
***
 
Son məlumata görə, “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündən təxliyyə edilənlərin sayı 25-ə çatıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dənizdəki dalğa yanğının söndürülməsi və xilasetmə işlərini çətinləşdirir.

 

***

Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə 29- nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib. 

Xilasetmə işləri davam edir.

 

***

“Günəşli” yatağının yanğın baş vermiş 10-cu dərin dəniz özülündə  32 nəfər xilas edilib.

Bu barədə APA-ya “Azneft” İB-də yaradılan qərargahdan məlumat verilib.

Xilasetmə işləri davam edir.

“Reuters” agentliyinin hadisə ilə bağlı yaydığı məlumatda isə 32 işçinin həlak olduğu bildirilir.