Füzuli rayonu Böyük Bəhmənli kəndi Füzuli rayon Tibb Mərkəzinin qarşısından keçən Horadiz-Bakı avtomobil yolunun tikinti işləri gedən hissəsinə baxış keçirilib, 1 ədəd partlamış ″Qrad″ raketinin (9M22U) qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 600 kv.m ərazi yoxlanılıb.
Strateq.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.