Unal Erdel ailəsi ilə Venetsiyada dincəlirdi
Türkiyədə prokuroru girov götürməkdə şübhəli bilinən şəxslərdən biri Venetsiyada həbs edilib.
Strateq.az Türkiyə mətbuatına isnadən xəbər verir ki, polis 45 yaşlı türk həkimi Unal Erdeli Venetsiyanın sənaye şəhəriMestredə həbs edib. Avstriya pasportlu Erdel orada ailəsi ilə tətil keçirirdi və oteldən çıxarkən həbsə alınıb.
Türkiyə dövləti Unal Erdeli beynəlxalq axtarışa vermişdi. Hazırda Erderlin Türkiyəyə verilməsi məsələsi həll olunur.