XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 July 2017 - 23:45

Konqoda sərnişin gəmisi qəzaya uğradı –27 nəfər ölüb, 54 nəfər itkin düşüb

Konqo Demokratik Respublikasında sərnişin gəmisi qəzaya uğrayıb.

Hadisə ölkənin cənub-qərbindəki Kasai çayında qeydə alınıb.

İlkin məlumata əsasən, qəza nəticəsində 27 nəfər ölüb, 54 nəfər itkin düşüb. Ölənlərin əksəriyyəti tətilə yollanan tələbələr olub. Ehtimala görə, hadisəyə gəminin həddən artıq yüklənməsi və yaxud gəminin kapitanının sərxoş vəziyyətdə olması səbəb olub.

APA