Türkiyə Silahlı Qüvvələri İraqın Zap bölgəsindəki hava əməliyyatları zamanı 3 terrorçunu zərərsizləşdirib.
Məlumata görə, məhv edilən terrorçuların bölgədəki polis bölməsinə və hərbi bazaya hücuma keçmək niyyətində olduqları üzə çıxıb.
Əməliyyatlar nəticəsində terrorçuların mağarası ilə yanaşı, silah anbarları da məhv edilib/Axar.az.