XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

17 İyul 2017 - 01:02

Canavarlar kəndə hücum edib –Ağdaşda

Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 

Məlumata görə, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib.

Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırdıcılar digər yeddi baş qoyunu da ağır yaralayıblar.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr burulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb/Report.