XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2017 - 16:51

Elmar Məmmədyarov:“Ermənistan bütün vasitələrlə işğalı davam etdirməyə cəhd edir”


“Ermənistan bütün vasitələrlə işğalı davam etdirməyə və status-kvonu saxlamağa cəhd edir”.

Strateq.az bildirir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov "RİA-Novosti”yə müsahibəsində deyib: “Odur ki, “münaqişənin hərbi həlli yoxdur”, “tərəflər siyasi iradə nümayiş etdirməlidir” tipli çağırışlar hökmən Ermənistan ordusunun işğal etdiyi ərazilərdən çıxma tələbi ilə müşayət olunmalıdır”.

Nazir bildirib ki, bu kontekstdə Ermənistanı sülhə məcburetmə üçün ona diplomatik təzyiqlər göstərmək zəruridir.

E. Məmmədyarovun sözlərinə görə, həmsədrlərlə Brüsseldə keçirilən görüşdə nazirlərin növbəti toplantısının BMT-nin Baş Assambleyasının sessiyasında keçirilməsi barədə razılıq əldə edilib.