XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2017 - 17:08

1 milyard 700 milyon manatı Azərbaycandan çıxaranlara hökm oxundu –MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Vüqar Osmanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 Hökmə əsasən, M. Əliyev 10 il, V. Osmanov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər Bakıda pul köçürmələri ilə məşğul olaraq, cinayət yolu ilə əldə olunmuş 1 milyard 700 milyon manat məbləğində pulu saxta müqavilələr əsasında fəaliyyətdə olan xarici şirkətlərin hesabına köçürüblər. Onların Bakıda yerləşən "AgBank"-da xidməti otaqları da olub. (APA)