XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 09:40

​”Qarabağ” bu gün Gürcüstanda meydana çıxacaq –Çempionlar Liqası

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. 

Həmin gün Azərbaycan çempionu "Qarabağ” Gürcüstanda "Samtredia”nın qonağı olacaq.

İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək.

 Albaniyada baş tutacaq "Kukesi” – "Şerif” duelinin qalibi "Qarabağ”a rəqib olacaq.

Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq.

Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

APA