XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2015 - 12:01

Mədəniyyət müəssisələri fəaliyyətini dayandırdı – Matəmə görə

Dövlət Neft Şirkətinin “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Respublikasında matəm elan edilib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən azertag.az-a bildiriblər ki, bununla əlaqədar, Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan teatr və konsert müəssisələrində tamaşa və konsertlər ləğv edilib, Nizami Kino Mərkəzində bütün filmlərin yayımı dayandırılıb.