XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2015 - 14:11

Lukaşenko: “Qəlbən sarsıldım”

Belarus prezidenti Aleksandr Lukaşenko prezident İlham Əliyevə “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar başsağlığı verib.

Başsağlığında deyilir: “Günəşli” dəniz yatağındakı platformada baş vermiş faciə barədə xəbər sizin kədərinizə şərik olan belarusluları qəlbən sarsıtdı. Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Azərbaycan xalqına Belarus xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların hamısına tezliklə sağalmağı arzu edirəm”.