XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 08:17

İDİL-dən azad edilmiş Tikritdə 12 kütləvi məzarlıq aşkarlanıb

Картинки по запросу массовых захоронений

10 ay əvvəl Tikritdə 1660 gənc çağırışçı oğurlanmışdı

İraqın uzun müddət İDİL terror qruplaşmasının nəzarətində olan Tikrit şəhərində 12 kütləvi məzarlıq aşkarlanıb.

Strateq.az xarici mətbuata əsasən xəbər verir ki, məzarlıqları tapmağa onların yanındakı bir yığın şəxsiyyət vəsiqəsi səbəb olub.

Ekspertlərin fikrincə, məzarlarda 10 ay əvvəl Tikritdəki Şpiher əməliyyat bazasından oğurlanmış 1660 gənc çağırışçının cəsədləri ola bilər.

İraq Səhiyyə Nazirliyinin təmsilçisi Xalid əl-Ətbi deyib: “Hazırda 20 cəsəd tapmışıq. İlkin məlumata görə, onlar Şpiher qurbanlarına aiddir”.

Xatırladaq ki, Tikrit ötən ilin yayından İDİL terrorçularının əlinə keçmişdi.